XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Tariximiz  

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin hazırki 1 nömrəli Respublika Psixiartiya Xəstəxanası ilk dəfə 1936-cı ildə Bakı şəhərinin Sabunçu rayonunun Üzümçülük massivində "Ləhiş Bağları" deyilən ərazidə İranlı milionçunun 2 mərtəbəli imarətində 40 çarpayılıq "3 saylı Psixiatriya Xəstəxanası" kimi fəaliyyətə başlamışdır. Bu xəstəxanaya o vaxt Bakının digər 1 və 2 saylı Psixiatriya Xəstəxanalarında müalicəsi mümkün olmayan xəstələr köçürülərdi. Yol şəraiti pis olduğundan, gedib-gəlməkdə müəyyən çətinliklər yarandığından, bina yararsız vəziyyətə düşdüyündən 1939-cu ildə xəstəxana hal-hazırda yerləşdiyi əraziyə köçürülüb. 1961-ci ildə xəstəxanada "Qarın yatalağı" infeksion xəstəliyi yayıldığından Səhiyyə Nazirliyinin göstərişi ilə infeksion şöbə açıldı. Xəstəxananın genişləndirilməsi ilə əlaqədar olaraq 1964-cü ildə çarpayı sayı 500-dən artıq olmuşdur. Buna görədə artıq 1965-ci ildən yeni xəstəxananın 500 çarpayılıq korpusları inşa edilməyə başladı.1970-ci illərdən başlayaraq artıq müxtəlif profilli yeni şöbələr və 3 filial (vərəmli xəstələr filialı, müalicə-əmək emalatxanası və tərəvəzçilik) yaradıldı.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 08.04.1982-ci il tarixli 01-5/79 saylı qərarı ilə həmin 3 saylı Psixiatriya Xəstəxanasının adı dəyişdirilərək "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiartiya Xəstəxanası" adlandırıldı.

3 saylı Psixiatriya Xəstəxanası isə Maştağanın "Tavaylıq" adlanan ərazisində 1990-cı ilə qədər fəaliyyət göstərib. Əsasən vərəmli psixi xəstələrin müalicəsi ilə məşğul olmuşdur.

Ümumiyyətlə xəstəxanamız yarandığı ilk vaxtlardan yeni həkim psixiatrların yetişdirilməsində baza məktəb rolunu oynamışdır. Bu illər ərzində xəstəxanada 7 tibb elmlər namizədi, 2 tibb elmlər doktoru çalışmışdır. Hazırkı Azərbaycan Psixiatriyasının baniləri məhs bu xəstəxanada vaxtilə internatura kursu keçmiş, burada elmi təcrübi bacaqrıqlar əldə etmişlər. Həmin məktəbi keçmiş psixiatrlar indi də dünyanın müxtəlif ölkələrində çalışırlar.

Yararsız vəziyyətə düşmüş xəstəxanada 2008-ci ildən yenidən canlanma başladı. Belə ki, xəstəxananın ərazisi lazımsız məişət tullantılarından təmizlənməklə yanaşı, yeni abadlaşdırılma və quruculuq işlərinə start verildi. 2009-cu ildən başalyaraq şöbələr növbə ilə təmirə dayanaraq, əsaslı formada təmir olundu, yeni korpuslar tikilib istifadəyə verildi. Şöbələrimiz yeni müassir standartlara cavab verən avadanlıqlarla təchiz olundu. Buna misal olaraq hazirda xəstəxanada yeni rəqəmsal rentgen aparatı, ultrasəs müayinə aparatı və digər avadanlıqlar quraşdırılıb.

Onu da xüsusilə qeyd etməliyik ki, xəstəxanada aparılan abadlıq işləri ilə yanaşı, həmçinin həkim və tibb personalının elmi təcrübi təkmilləşmə məsələsi də xəsətəxana üçün prioritet idi. Daha konkret desək xəstəxanamızın əməkdaşları qardaş Türkiyə ilə yanaşı, Avropa ölkələri və Pribaltika Respublikalarında elmitəcrübi kurslar keçmişdir. Dünyanın müxtəlif ölkələrinin aparıcı tanınmış psixiatr və alimləri də xəstəxanamızda müəyyən elmi-təcrübi mübadilə aparmışlar. Bu sahədə gənc həkimlərin müxtəlif elmi-praktik konfranslarda iştirakı onların təcrübələrinin artmasına təkan vermişdir.

Xəstəxanamız hazırda 1890 çarpayıdan təşkil olunmaqla aşağıdakı şöbələrdən ibarətdir: 10 Ümumi Psixiatrik Kişi, 6 Ümumi Psixiatrik Qadın, 4 Psixiartik Vərəm, Narkoloji, Uşaq və Yeniyetmə, İnfeksion və Herontoloji, Məcburi Müalicə, Gündüz Stasionarı, Qəbul şöbəsi fəaliyyət göstərir. Xəstəxanada 800-dən çox heyyət çalışır. Bunlarban 100-ə yaxını böyük hissəsi həkim-psixiatr olmaqla müxtəlif ixtisaslı həkimlərdir.
 

Baş Həkimlərimiz

1.      Şteyman Abram İsakoviç - 1936-1945

2.      Hüseyn Şahmalıyev - 1945-1946

3.      Mamed Cəfər oğlu Mamedov - 1946-1948

4.      Ələkbər Əbdülrza oğlu Quliyev - 1948-1965

5.      Mirmövsüm Mirələkbər oğlu Cəfərov - 1965-ci il Baş həkim əvəzi

6.      Tofiq Qulam oğlu Əliyev  - 1965-1992

7.      Kazım Baladadaş oğlu Kazımov - 1993-1995

8.      Seyidhüseyn Mirtağı oğlu Seyidrzayev  - 1995-1996

9.      Leyla Hüseyn qızı Mehdiyeva - 1996-2007

10.    Rahib Eynulla oğlu Hacıyev - 2007-2008

11.    Ağahəsən Rəsul oğlu Rəsulov  - 2008-ci ildən hal-hazıradək