XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Müalicə  

1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında aparılan müalicələr müasir müalicə prinsiplərinə arxalanmaqla yeni diaqnostik-instrumental (EEQ, UZİ, EKQ, rəqəmsal rentgen müayinə, laborator və s.), klinik sorğu və digər metodlardan istifadə etməklə dəqiq diaqnoz qoyulub xəstələrin psixiatrik yönümlü müalicəsi başlanır. Eyni zamanda xəstəxanamızda xəstələrin psixatrop müalicəsi ilə yanaşı, onların digər somatik xəstəliklərinın də müalicəsi ön plandadır. Bunun üçün xəstəxana yeni müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş və digər diaqnostika məsələlərində yarana biləcək çətinliklər aradan qaldırılmışdır.
 

Əsas privat (ixtisaslı) müalicə etaplarla xəstənin psixi durumuna əsasən əvvəl   stasionar şəraitdə, xəstənin durumu stabilləşdikdən sonra gündüz stasionarı, reabilitasiya şöbəsində davam etdirilir. Xəstəxanada alınan kompleks müalicədən sonra xəstə yaşadığı ərazi üzrə psixiatrik kabinetlərdə, dispanser şöbələrində müalicəyə göndərilirlər. Xəstənin anamnestik məlumatları, psixi durumu və aldığı müalicələr haqda ətraflı məlumat həmin sahə həkimləri, psixiatrlara göndərilən xəstəlik tarixindən çıxarışda öz əksini tapır və bu da sonrakı davamlı müşahidə və müalicə üçün çox vacibdir.
 

Xəstəxanamızda aparılan müalicə metodları əsasən aşağıdakılardır:
 

1. Medikamentoz - psixotrop dərmanlarla müalicə: xəstəxanamızda aparılan dərman müalicəsində son nəsil antipsixotiklərdən, müasir antidepressantlardan və digər əhval-ruhiyyə stabilizatorlardan, trankvilizatorlardan, neyroprotektorlardan və nootroplardan istifadə etməklə aparılır.
 

2. Psixoterapevtik metodlar: dərman müalicəsindən sonra xəstənin psixi vəziyyəti stabilləşdikdə xəstələr psixoterapiyaya cəlb olunurlar: (qrup və individual psixoterapiya, koqnitiv psixoterapiya, idman növləri).
 

3. Reabilitasiya işləri: Uzun illər fasilədən sonra 2012-ci ildə xəstəxanada yenidən yaradılmış Psixososial Reablitasiya Mərkəzimizdə xəstələr reablitasiyanın bir çox növləri ilə (teatr və musiqi terapiyası, rəsm, heykəltaraşlıq, ebru sənəti, əl işləri və s.) məşğul olurlar. Bundan əlavə bütün şöbələrimizdə ayrıca reabilitasiya otaqları təşkil olunmuşdur. Xəstələr şöbə daxilində həmin otaqlarda reabilitasiya işləri ilə məşğul olurlar.
 

4. Elektro Konvulsiv Terapiya (EKT): Azərbaycan Psixiatriya tarixində ilk dəfə olaraq 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında Elektro Konvulsiv Terapiya kabineti yaradılmışdır. Mərkəzin fəaliyyəti 2014-cü ilin ilk aylarından başlaması planlaşdırılır. EKT kabineti ən son avadanlıqlarla təchiz olunmuşdur.
 

5. Əmək terapiyası: Ənənəvi olan Əmək Terapiyası xəstəxanada keçən əsrin ortalarından istifadə olunur. Bu metodla əmək qabiliyyəti olan xəstələrimiz Əmək Terapiyasına cəlb olunur. Əmək Terapiyasının xəstələrin psixi vəziyyətinin yaxşılaşmasında, cəmiyyətə inteqrasiya etməsində rolu danılmazdır.