XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Ümumi Psixiatrik Qadın və Kişi Şöbələri  

Xəstəxana fəaliyyətə ilk başladığı dövrdə bir qadın və iki kişi şöbəsi ilə başlasa da təxminən ötən əsrin 70-ci illərindən başlayaraq bu günə qədər qadın və kişi şöbələrinin sayı tələbata uyğun olaraq artırılmışdır. Hal hazırda 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında 6 Ümumi psixiatrik qadın və 10 Ümumi psixiatrik kişi şöbələri fəaliyyət göstərir. Qadın şöbələri 80 çarpayılıq, kişi şöbələri isə 50-80 çarpayılıq olmaqla hər şöbədə 20-25 nəfərə yaxın tibb heyyəti xəstələrə xidmət göstərirlər.
 

Şöbələr 2010-2011-ci illərdə əsaslı təmir olunmuş, 2012-2013-cü illərdə isə yeni müasir standartlara cavab verən binalar inşa edilmiş və tam yeni avadanlıqlarla təchiz olunmuşdur. Əsasən 18 yaşdan yuxarı ruhi pozuntudan əziyyət çəkən şəxslər bu şöbələrdə müalicə olunurlar. Şöbəyə daxil olan xəstələr mütləq şəkildə laborator və rentgen müayinələrdən keçirilirlər. Müalicə dövründə mütəmadi olaraq terapevt, kardioloq, stomatoloq, qadın şöbələrində ginekoloq tərəfindən müayinə olunurlar. Lazımi hallarda nevropatoloq, ankoloq, cərrah, dermatoveneroloq və digər ixtisaslı həkimlərin müayinəsinə göndərilirlər. Şöbələrdə psixotrop dərman müalicəsi ilə yanaşı, REABİLİTASİya işləri aparılır. Belə ki, xəstələr musiqi və əmək terapiyasına cəlb olunur, tikiş, toxuculuq, rəsm çəkmək və s. işlərlə məşğul olurlar. Xəstələrin maraq və həvəslərini artırmaq üçün xəstəxanada bayram tədbirləri və digər şənliklər təşkil olunur. Xəstəxanamızda təşkil olunmuş bayram şənliklərində xəstələrimiz böyük məmnuniyyətlə iştirak edirlər.