XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Uşaq və Yeniyetmə Psixiatrik Şöbələri  

Uşaq və yeniyetmə Psixiatrik şöbələri Azərbaycanda fəaliyyət göstərən yeganə şöbələrdir. Uşaq şöbəsi keçən əsrin 70-ci illərində yaradılmasına baxmayaraq, 1983-cü ildə yeni korpus inşa edildikdən sonra uşaq və yeniyetmə şöbələrinə ayrılmışdır. Hal-hazırda da adı çəkilən şöbələr arasında bölgü xəstələrin yaş qrupuna görə aparılır. 15 yaşa qədər xəstələr "Uşaq" şöbəsində, 15-18 yaş arası xəstələr "Yeniyetmə" şöbəsində müalicə olunurlar. Uşaq şöbəsində müalicə olunan xəstələrin 15 yaşı tamam olduqda "Yeniyetmə" şöbəsinə, 18 yaşı tamam olduqdan sonra isə digər ümumi psixiatrik (kişi və qadın) şöbələrinə köçürülürlər.
 

"Uşaq" və "Yeniyetmə" şöbələrində psixotrop müalicə ilə yanaşı uşaqların istirahət vaxtlarının səmərəli keçməsi üçün şöbədə təşkil olunmuş uşaq-əyləncə guşələri, REABİLİTASİya otaqları, oyun zalları və s. fəaliyyət göstərir. Müalicədə olan xəstələr profilaktik olaraq pediatr, nevropatoloq, ftiziatrın daim müşahidə və nəzarəti altında olurlar. Hər iki şöbə ümumilikdə 100 çarpayılıq nəzərdə tutulmuş və 30-a yaxın tibb personalı xidmət göstərir.
 

Bunlarla yanaşı uşaqların digər sosial problemləri psixoloqlar tərəfindən araşdırılır və lazımi yardımlar göstərilir. Şöbənin daxili iş fəaliyyəti ilə yanaşı daima şəhərimizin və respublikanın digər "Uşaq Evləri" ilə əlaqə saxlanılır və qarşılıqlı işlər aparılır.