XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Psixatrik Vərəm Şöbələri  

Keçən əsrin 90-cı ilinə qədər fəaliyyət göstərən 3 saylı Psixiatriya Xəstəxanasında "Ağ ciyər vərəmi"ndən müalicə olunan xəstələr, elə həmin ildə xəstəxana fəaliyyətinin dayandırılması ilə əlaqədar, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında fəaliyyətə başlayan "Psixiatrik Vərəm" şöbələrinə köçürülmüşdür.
 

Xəstəxanamızda fəaliyyət göstərən bu profilli şöbələrdə psixi xəstəliyi ilə yanaşı "Ağ ciyər vərəmi"-ndən müalicə alan xəstələr müalicə olunurlar. Xəstələr xəstəxanaya qəbul olunduqda və müalicə dövründə hər 6 ayda 1 dəfədən gec olmayaraq profilaktik döş qəfəsi orqanlarının rentgen müayinəsindən keçirilirlər. Hər bir halda ağ ciyərlərində vərəm xəstəliyi aşkarlanmış xəstələr "Psixiatrik Vərəm" şöbələrinə köçürülürlər. Həmin şöbələrdə bu qrup xəstələr periodik rentgen-fluroqrafik müayinədən keçməklə, yanaşı digər laborator müayinələrdən (MBT-nin bəlğəmdə laborator müayinəsi və digər somatik xəstəliklərin monitorinqi aparılır), ftiziatrın baxışına təqdim olunur və bundan sonra spesifik müalicələr alırlar. Eyni zamanda onların müalicəsi üçün tələb olunan dərman preparatları dövlət tərəfindən təmin olunur. "Psixiatrik Vərəm" şöbələrində müalicə alan xəstələr vərəm əleyhinə müalicə ilə yanaşı eyni zamanda psixotrop müalicələrini davam etdirir, REABİLİTASİya işlərinə cəlb olunurlar. Müalicəsi tamamlanan xəstələr digər psixiatrik şöbələrə köçürülür və profilaktik olaraq müalicələrini davam etdirirlər. Gələcəkdə həmin xəstələr evə yazılarkən ərazi üzrə Psixonevroloji Dispanserlərlə yanaşı, Vərəm Əlehinə Dispanserlərə də nəzarətə göndərilirlər.
 

Xəstəxanada ümumilikdə biri qadınlar üçün nəzərdə tutulmaqla 4 Psixiatrik Vərəm şöbələri fəaliyyət göstərir. Hər 4 şöbə 240 çarpayı ilə təmin olunmuşdur. Bu şöbələrdə xəstələrin müalicəsi ilə 60-a yaxın tibb personalı çalışır.
 

 Xəstəxananın "Psixiatrik Vərəm" şöbələri AR SN Ağ Ciyər Xəstəlikləri Elmi Tədqiqat İnstitutu və respublikanın digər Vərəm Əlehinə Dispanserləri ilə sıx əlaqəli fəaliyyət göstərir.