XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Herontoloji (Qocalar) Şöbə  

Herontoloji şöbə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında uzun müddətdir ki, fəaliyyət göstərir. Bu şöbə Respublikada yeganə fəaliyyət göstərən şöbədir və 2007-ci ildə əsaslı təmir olunub. Şöbə 60 çarpayılıq nəzərdə tutulub əsasən 60 yaşından yuxarı ruhi pozuntusu olan şəxslərin (qadın və kişi) müalicəsini həyata keçirir. Burada müalicə olunan xəstələrə 20-yə yaxın tibb personalı xidmət göstərir.
 

Şöbədə müalicə alan xəstələrin yaş xüsusiyyətlərini nəzərə alaraq onların digər somatik xəstəliklərinin profilaktikası üçün mütəmadi olaraq terapevt, kardioloq, nevropatoloq, endokrinoloqun ixtisaslı müayinə və müalicələri, eyni zamanda döş qəfəsi orqanlarının rentgen müayinəsi və digər funksional müayinələri aparılır. Müalicədə olan xəstələr arasında daha çox "Qocalıq psixozu", "Qocalıq ağıl zəifliyi", az sayda "Alzheymer" xəstəliyi müşahidə olunur.
 

Şöbədə psixotrop müalicələrlə yanaşı xəstələr idman terapiyası, gəzinti, REABİLİTASİya işlərinə də cəlb olunurlar. Bunlarla yanaşı xəstələrin digər sosial problemləri psixoloqlar tərəfindən araşdırılır və lazımi yardımlar göstərilir. Şöbənin daxili iş fəaliyyəti ilə yanaşı daima respublikanın digər "Qocalar Evləri" ilə əlaqə saxlanılır və qarşılıqlı işlər aparılır.