XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


İnfeksion (Yoluxucu xəstəliklər) Şöbəsi  

İnfeksion şöbə təxminən keçən əsrin 60-cı illərindən fəaliyyətə başlayıb. Şöbənin ilk dəfə yaradılması xəstəxanada müalicədə olan xəstələr arasında "Qarın yatalağı" xəstəliyi aşkar edildikdən sonra fəaliyyətə başlamış və hal-hazıra kimi respublikamızda ruhi xəstələrin müalicəsi ilə məşğul olan yeganə İnfeksion şöbədir. Şöbə 50 çarpayılıq nəzərdə tutulub və bu xəstələrin müalicəsində 20-dən artıq tibb personalı çalışır.
 

Şöbənin iş fəaliyyəti aşağıdakı kimidir: xəstələr xəstəxanaya daxil olduqda və xəstəxanada müalicədə olan xəstələrdə profilaktik müayinə zamanı kəskin qastro-enteroloji və yoluxucu digər xəstəliklər aşkar olunduqda dərhal bu şöbəyə köçürülür və ixtisaslı müalicələr alırlar. Eyni zamanda xəstəxananın bu şöbəsinə digər Psixi və Somatik xəstəxanalardan ruhi pozuntusu olan şəxslər də köçürülürlər. Şöbədə infeksion xəstəliklərdən "Hepatitlər", "Dizenteriya", "Helmintozlar" və digər kəskin infeksion xəstəlikləri göstərmək olar.
 

Şöbənin iş fəaliyyətinə yanaşı olaraq xəstəxananın sanitar-gigiyenik normalara riayət məqsədi ilə, xəstəxanada infeksion xəstəliklərinin yaranmasının və yayılmasının qarşısını almaq üçün rayonumuzun Gigiyena Epidimioloji Mərkəzi ilə sıx əlaqə saxlanılır.