XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Məcburi Müalicə şöbələri  

Azərbaycan Resbublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında fəaliyyət göstərən məcburi müalicə şöbələri ilk dəfə mərhum Ulu öndər Heydər Əliyevin "Barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilmiş ruhi xəstələrin müalicəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (07.06.1996-cı il) əsasında fəaliyyətə başlamışdır. Xəstəxanada Azərbaycan Respublikasının hazırda qüvvədə olan qanunvericiliyi əsasında məcburi müalicə rejimlərinə uyğun olaraq iki məcburi müalicə şöbəsi fəaliyyət göstərir: Adi Rejimli və Gücləndirilmiş Ciddi Müşahidə Altında Məcburi Müalicə Şöbələri.
 

Hər iki məcburi müalicə şöbələrində əvvəllər törətdiyi cinayət əməlinə görə barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada məcburi müalicə tədbirləri tətbiq olunmuş xəstələr müalicə alırlar.
 

Eyni zamanda qeyd etmək lazımdır ki, bu şöbələrdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili OMBUDSMAN Aparatı, İşgəncələrə qarşı Azərbaycan Komitəsi, Avropanın İnsan Hüquqları üzrə Müvəkkilləri mütəmadi olaraq monitorinq keçirirlər.
 

Hal-hazırda məcburi müalicə şöbələrinin mühafizəsi 1996-cı ildən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında "Güclü və Ciddi Müşahidə Altında Psixiatrik Stasionarın Mühafizəsi haqqında" təlimat əsasında Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.