XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Fizioterapiya və terapevtik korpus  

Fizioperapiya təbii amillərlə müalicə metodları xəstəxanada da uzun illərdi fəaliyyət göstərən "Fizioterapiya" şöbəsidə aparılır. Bu amillər həm müalicəvi, həm də profilaktik olaraq REABİLİTASİya məqsədi ilə istifadə olunur. 
 

Fizioterapiya şöbəsində iki böyük həm yüksək, həm də aşağı tezlikli toklardan istifadə etmək üçün otaqlar fəaliyyət göstərir. Bu otaqlarda əsasən aşağdakı aparatlardan istifadə olunur: UVÇ, elektrofarez, diodinamik (tok Bernar), amplipuls, ultrasəs, Solyuks, Kvars, Tubus kvars və s. aparatlar. Şöbədə iki massaj kabineti fəaliyyət göstərir. Burada xəstələr osteoxandroz, parez, paraliç, nevritlər və kontrakturalardan müalicə alırlar. Eləcə də böyük idman zalı var ki, burada da xəstələr idman terapiyası ilə məşğul olurlar.
 

Şöbəmizdə hidroterapiya müalicəsi üçün böyük hovuz, "Şarko" duşu və iki vanna (mirvarili, köpüklü, kontrast, sirkulyator) otağı var.
 

Bütün bunlar şöbəmiz 2013-cü ildə müassir standartlara uyğun olaraq əsaslı təmir olunduqdan sonra yenidən xəstələrin istifadəsinə verilmişdir.
 

Terapevtik bölməmizdə isə əsasən xəstələrin xəstəxana daxili digər somatik xəstəliklərinin aşkarlanması dəqiq ixtisaslı müayinə və müalicə məsələləri həyata keçirilir. Bu bölmədə digər ixtisas mütəxəsisslərindən terapevtlər, kardioloq, nevropatoloq, cərrah, ginekoloq, stomatoloq, şüa diaqnostikası (USM, EKQ, EEQ) üzrə mütəxəssislər fəaliyyət göstərirlər. Bundan əlavə xəstəxanada fəaliyyət göstərən Rentgen kabineti son ildə əsaslı formada təmir olunmuş və müasir standartlara cavab verən yeni rəqəmsal rentgen aparatı ilə təchiz olunmuşdur.