XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Reabilitasiya  


Psixi pozuntudan əziyyət çəkən insanların əsərlərindən ibarət sərgi
03 avqust 2014

Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Reabilitasiya şöbəsinin və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə psixi pozuntudan əziyyət çəkən insanların əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib.

Sərgidə xəstələrin 50-ə yaxın rəsm əsəri və müxtəlif əl işləri nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bildirib ki, bəzən cəmiyyət ruhi xəstə insanları düzgün qəbul etmir. F. Xəlilov qeyd edib ki, ruhi xəstə olmasına baxmayaraq, bacarıqlı insanları cəmiyyətə çıxarmaq lazımdır: “Bu insanlara anlayışla yanaşmaq lazımdır. İttifaqda da belə insanlar var, amma onlar çox mükəmməl əsərlər yaradıblar. Xəstəxana ilə əməkdaşlığımız ilk addımdır və biz bunu davam etdirəcəyik”.

Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov deyib ki, artıq 3 ildir, xəstəxanada xəstələrin reabilitasiya prosesi gedir. Onun sözlərinə görə, sərgi xəstələrin əl işlərinin xəstəxanadan kənara çıxarılması və onların cəmiyyətə adaptasiyası üçün çox mühümdür: “Bu bizim üçün çox böyük uğurdur. Qeyd etməliyəm ki, xəstəxanada aparılan reabilitasiya prosesi nəticəsində bir sıra xəstə sağalıb və cəmiyyətdə sərbəst fəaliyyət göstərir”.

Xəstəxanada 40-a yaxın xəstənin rəsm çəkməklə məşğul olduğunu deyən A. Rəsulov bildirib ki, xəstələr həmçinin toxuma, gildən müxtəlif fiqurların hazırlanması və başqa sənət işləri ilə məşğul olurlar. Onun sözlərinə görə, xəstəxanada rəsm, toxuculuq, idman, teatr və musiqi dərnəkləri fəaliyyət göstərir.

 

Sərgiyə bir çox KİV dəvət olunmuşdu.