XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Reabilitasiya  


Bizim Reablitasiya haqqında
03 avqust 2014

Uzun illər fasilədən sonra 2012-ci ilin əvvəllərindən xəstəxanamızda ənənəvi olaraq reabilitasiya işləri yenidən canlandırıldı. Azərbaycan Psixiatriya tarixində yenidən başlamış reabilitasiya işləri xəstəxananın əməkdaşları tərəfindən qısa müddətdə nəinki ölkə daxilində, hətta ölkəmizdən kənara çıxdı. Bir sıra ölkələrin bu sahədə bilik və bacarıqlarını öyrənərək bu qısa inkişaf yolunda daha da böyük nəaliyyətlər əldə edə bildi. Belə ki, qısa bir zamanda xəstəxanamızın reabilitasiya ilə məşğul olan əməkdaşları Türkiyə Cümhuriyyəti Bolu İzzet Baysal adına Ruhi Əsəb Xəstəlikləri xəstəxanası, Litvanın Vilnüs şəhərinin “Vasaras” xəstəxanasının nəzdində fəaliyyət göstərən Psixososial Reabilitasiya mərkəzi ilə yaxından əməqdaşlığa başladı. 2012-ci ilin yayında ölkəmizdə səfərdə olan Vilnüs şəhərindən gəlmiş qonaqlar xəstələrimizin reabilitasiya sahəsindəki ilkin nəaliyyətlərini görüb, əməkdaşlarımızı ölkələrində keçiriləcək"Psixososial Reabilitasiya" üzrə treninqə dəvət etdilər. 2012-ci ilin sentyabr ayında xəstəxanamızın Reabilitasiya sahəsində çalışan bir qrup əməkdaşı həmin treninqdə iştirak etmişdilər. 2013-cü ilin mart ayında xəstəxanamızda Türkiyə Cümhuriyyəti Bolu İzzet Baysal adına Ruhi Əsəb Xəstəlikləri xəstəxanasının baş həkimi, psixoreablitasiya üzrə kordinatoru xanım Hülya Ensarinin iştirakı ilə “Elmi-praktiki” konfransı keçirildi. Reabilitasiya işləri ilə məşğul olan qrupunun mart ayındakı 2-ci böyük uğuru elə həmin ayda təkrar xəstəxanamızda səfərdə olan Vilnüs qrupunun Azərbaycanda Psixososial Reabilitasiyaya marağın artırılması məqsədi ilə regionda seçilmiş 5 mərkəzdən birini xəstəxanamızda təşkil etməsi oldu. Bundan sonra 2013-cü ilin iyun ayında Bakıda "İçəri Şəhərdə" "Avropa şəhərciyi günləri" münasibəti ilə təşkil olunmuş sərgiyə dəvət alan qrupumuz sərgidə xəstələrin iştirakı ilə onların əl işlərini, rəsmləri, gil və taxtadan hazırlanmış suvenirləri və digər əşyaların ilk dəfə cəmiyyətdə təqdimatını keçirdilər. Məhs həmin sərgidə Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyi ilə birgə bu fəaliyyətin inkişafı və tanıdılması yolunda yeni addımlar atmaq üçün bir araya gəldilər.

Bu uğurlu layihənin nəticəsi isə 22.08.2013-cü ildə Bakıda məhşur alman yazıçıları Qrim qardaşlarının uşaq və ailə nağıllarının nəşrinin 200 illik yubileyinə həsr olunmuş mədəniyyət gecəsində "Qırmızı papağın nağılı" tamaşasını xəstələrimizin ifasında səhnələşdirməsi oldu. Bundan başqa həmin gecədə xəstələrimizin digər əl işləri, rəsmlər, musiqi ifaları qonaqlara təqdim olunmuşdur. Qeyd etməliyik ki, bu təqdimat cəmiyyətdə və KİV-də böyük rezonans doğurdu.

Ümumilikdə qeyd etmək lazımdır ki, Psixososial Reabilitasiya işləri ilə məşğul olan qrupumuzun tərkibinə həkim-psixiatrlar, psixoloqlar, sosial işçilər, tibb bacıları, əmək təlimatçıları və digər reabilitasiya işlərində yaxından iştirak edən 20-dən çox heyyət, qrup şəklində fəaliyyət göstərir. Qrupun fəaliyyət dairəsinə Reabilitasiya mərkəzindən kənar, yəni "Gündüz Stasionarı"nda, ambulator qaydada müalicə alan xəstələrin bu işə cəlb olunmasından ibarətdir. Mərkəzimizdə rəsm və musiqi dərnəyi fəaliyyət göstərir. Bundan başqa xəstələrimiz incəsənətin digər növlərinə maraq göstərərək, heykəltaraşlıq, rəqs, toxuculuq, tikiş, mütaliə, bədii qiraət və eyni zamanda idmanın uşu növü ilə də məşğul olurlar.
 

Onu da qeyd etmək lazımdır ki, 2012-ci ilin sentyabr ayından qrupumuz xəstələrin reabilitasiya işlərinin daha da səmərəli aparılması üçün xəstələrin valideynlərini də bu işdə yaxından iştirak etməsini nəzərə alaraq xəstəxanamızda "Pasientlər Şurası" yaratdı. Həmin şurada təxminən 20-yə yaxın pasient və valideyndən ibarət üzvü var."Pasientlər Şurası" xəstəxanada müalicədə olan xəstələrin onların sosial problemlərinin həllində yaxından iştirak edir, reabilitasiya işləri ilə daima maraqlanır, onların təklif və şikayələrini dinləyərək gündəlik müzakirə edir, gələcəkdə evə yazılacaq xəstələrin cəmiyyətə inteqrasiya etməsində öz köməkliklərini göstərirlər. Bununla da Reabilitasiya Mərkəzimiz ruhi pozuntudan əziyyət çəkən şəxslərə qarşı cəmiyyətdə "Stiqma" məsələsinin həllində yaxından iştirak edir. Buna misal olaraq reabilitasiya qrupumuzun pasientlərlə birlikdə şəhər gəzintilərinə çıxmasını, sərgi və digər yerlərdə birgə iştirakını göstərmək olar.
 

Yuxarıda göstərilənlərin hamısı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Reabilitasiya Mərkəzinin fəal xəstələrinin və əməkdaşlarının uğuru idi.