XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Elektro Konvulsiv Terapiya  

Azərbaycan psixiatriya tarixində ilk dəfə olaraq 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında Elektro Konvulsiv Terapiya tətbiq olunmağa başlamışdır. EKT kabineti en son model 3 kanallı THYMATRON SYSTEM-IV (elektrokonvulsiv terapiya aparatı), hərəkətli çarpayılar, izləyici monitorlar və Süni Tənəffüs aparatı ilə təchiz olunmuşdur.

www.facebook.com/ekt.thymatron


Elektro Konvulsiv Terapiya - Tətbiqi ilə bağlı ümumi məlumatlar (pasientlər üçün)
05 avqust 2014

 

EKT (Elektrokonvulsiv müalicə, el arasında şok terapiyası) ümumi anesteziya altında həyata keçirilir. Ümumi anesteziya, Sizə, dərin yuxu altında venadaxili dərmanların təsiri ilə verilir. Eyni yolla veriləcək miorelaksantların təsiri ilə xoşagəlməlməz əzələ ağrılarnın qarşısı alınır. Anesteziya və miorelaksantlarla yanaşı maska vasitəsi ilə tənəffüs saxlanılır.

Müassir anesteziya, çox etibarlıdır. Ümumiyyətlə, anesteziya zamanı ölüm riski olduqca azdır. Bununla yanaşı başqa xoşagəlməz təsirlər də ola bilər. Bu təsirlər ümumiyyətlə müvəqqətidir, bəziləri uzun müddətdə problemlərə səbəb ola bilər.

Tez-tez müşahidə edilən xoşagəlməz təsirlər:

  • Ürək bulanması və ya qusma
  • Baş ağrısı
  • Ağrı və ya inyeksiya nahiyəsində yanma
  • Əzələ ağrısı

Nadir hallarda müşahidə edilən xoşagəlməz təsirlər:

  • Diş, diş protezinin qırılması və dodaqların yaralanması
  • Allergiya reaksiyaları və/və ya astma tutması
  • Tənəffüsün pozulması

Ölümə səbəb ola biləcək nadir hallar:

  • Ciddi allergiya və şok
  • Çox yüksək hərarət
  • İflic və ya infarkt
  • Ağciyərlərə qusma, sətəlcəm
  • Ağciyərlərdə qan laxtalanması