XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Elektro Konvulsiv Terapiya  

Azərbaycan psixiatriya tarixində ilk dəfə olaraq 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında Elektro Konvulsiv Terapiya tətbiq olunmağa başlamışdır. EKT kabineti en son model 3 kanallı THYMATRON SYSTEM-IV (elektrokonvulsiv terapiya aparatı), hərəkətli çarpayılar, izləyici monitorlar və Süni Tənəffüs aparatı ilə təchiz olunmuşdur.

www.facebook.com/ekt.thymatron


Elektro Konvulsiv Terapiya - Tarixi və qısa inkişaf yolu
05 iyul 2014

 

Keçən əsrin 30-cu illərindən başlayaraq 50-ci illərə qədər 2 onillik dövrdə EKT geniş həvəs və müvəffəqiyyətlərlə tətbiq olunurdu. Lakin sonradan uzun müddət EKT-nin tətbiqində müəyyən fasilələr yarandı. Buna səbəb yeni effekti az olmayan medikamentoz müalicə tədbirlərinin inkişaf etməsi və əsasən də cəmiyyətin münasibəti oldu. Burada əsas rollardan biri də "sensasiyalı" kinofilimlərə aid idi, hansı ki, EKT-ni özündə təhrif olunmuş formada çatdırırdı. Bu metodun yaddaşın pozulmasına gətirib çıxartmasını daha çox EKT-nin müalicə deyil, bir işgəncə metodu olmasını əks etdirirdi. EKT-yə qarşı bu fikirlər özünü qoruyub saxlayırdı, lakin son illərdə EKT-yə baxış dəyişdi. EKT daha da dərindən öyrənilməyə başladı onun göstəriş və əks göstərişləri, yan təsirləri və risk faktorları aydınlaşdırılması üçün bir çox elmi fəaliyyətlərə başlandı. İndə çox az psixiatr var ki, EKT-nin risk və digər faktorlara görə istifadə etməsin. Ona görə də EKT əvvəlki illərə nisbətən daha çox istifadə olunur, hətta medikamentoz müalicənin effekt vermədiyi hallarda belə.

Hal-hazırda EKT ilə bağlı elmi fəaliyyətlər ABŞ-da "Amerika Psixiatiya Asosasiyasında" (APA Task Force. The Practice of Electroconvulsive Therapy: Recommendations for Treatment, Training, and Privileging. Washington, DC: American Psychiatric, 1990) и Böyük Britaniyada "Krallıq Psixiatrlar Cəmiyyətində" (Royal College of Psychiatrists. The Practical Administration of Electroconvulsive Therapy (ECT). London: Gaskell, 1989), Türkiyədə "Bakırköy Prof. Dr. Mazhar Osman Ruh Sağlığı ve Sinir Hastalıkları Eğitim Araştırma Hastanesi Elektrokonvülsif Tedavi ve Uyğulama Merkezində" və s. aparılır.