XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Elektro Konvulsiv Terapiya  

Azərbaycan psixiatriya tarixində ilk dəfə olaraq 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında Elektro Konvulsiv Terapiya tətbiq olunmağa başlamışdır. EKT kabineti en son model 3 kanallı THYMATRON SYSTEM-IV (elektrokonvulsiv terapiya aparatı), hərəkətli çarpayılar, izləyici monitorlar və Süni Tənəffüs aparatı ilə təchiz olunmuşdur.

www.facebook.com/ekt.thymatron


Elektro Konvulsiv Terapiya - Təsir mexanizmi
05 avqust 2014

 

EKT-nin təsir mexanizmi tam öyrənilməkdədir. Məlum olmuşdur ki, elektrik cərəyanı, noradrenalin və seratoninin konsentrasiyasını artıraraq baş beyində biokimyəvi dəyişikliklər yaradır. Bu da antidepressantların təsir mexanizminə uyğundur.

Siçovullar üzərində aparılmış tədqiqatlar göstərir ki, stimulyasiya vaxtı 5-HT2 reseptorlarının sayını artıtır, amma bu təsir bir çox antidepressanlarda əksinədir. Hələ yalnız siçovullar üzərində bu cür təsirin göstərməsi də tam məlum deyil.

Təkrar tutmalar M-xolinoreseptorları azaltması da antidepressantlarda müşahidə olunmur. Yəqin ki, elə bu səbəbdən də EKT zamanı yaddaş pozuntuları müşahidə olunur. Heyvanlarda nootrop preparatların yeridilməsi skopolamin inyeksiyası və ya elektro stimulyasiya nəticəsində yaranmış tutmadan sonra meydana gəlmiş amneziyanı aradan qaldırır.

Digər tədqiqata görə psixostimulyator kimi (əksər antidepressantlardan fərqli olaraq) elektro stimulyasiya dofamiergik keçiriciliyi artırır.

Başqa bir tədqiqatda opioid və digər peptid reseptorlarda dəyişiklik yaradır.

Digər hipotezin məlumatına görə EKT hipotalamus və limbik sistemi stimulə edir, naməlum peptidlərin sekresiyasını artırır (məsələn eutimezin), hansı ki əhval ruhiyyənin tənzimlənməsində iştirak edir. Əhval ruhiyəyə təsiri hissəvi aqonist konsepsiyası ilə izah etmək olar.

Başqa bir teoriyaya görə EKT-nin təsirihüceyrədaxili mexanizmlərədir və bu əhval ruhiyyənin hipotetik peptidlərsiz tənzimlənməsinə imkan verir.