XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


Elektro Konvulsiv Terapiya  

Azərbaycan psixiatriya tarixində ilk dəfə olaraq 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında Elektro Konvulsiv Terapiya tətbiq olunmağa başlamışdır. EKT kabineti en son model 3 kanallı THYMATRON SYSTEM-IV (elektrokonvulsiv terapiya aparatı), hərəkətli çarpayılar, izləyici monitorlar və Süni Tənəffüs aparatı ilə təchiz olunmuşdur.

www.facebook.com/ekt.thymatron


Elektro Konvulsiv Terapiya - Göstərişlər
06 avqust 2014

 

Depressiya

Affektiv pozuntuların, xüsusilə də depressiyanın müalicəsində EKT daha effektlidir. Belə bir fikir var ki, EKT-nin təsiri antidepressantlardan daha tez özünü göstərir. Bu da EKT-nin depressiyanın vegetativ əlamətlərini daha tez aradan qaldırması ilə başlıdır. Dəfələrlə təkrarlanmış suisid cəhdləri və qida qəbulundan davamlı imtina zamanı antidepressantlardan fərqli olaraq vaxt itkisi olamaması baxımından SEÇİM bir metod kimi qəbul olunur. Maniyakal tutmalarla əvəz olunan depressiyalarda yeganə müalicə metodudur. Buna görə də Bipolyar Pozuntular zamanı antidepressantlar faza dəyişilmə tezliyini artırdığı üçün EKT daha effektiv bir üsuldur. Depressiyanın psixotik formalarında tək antidepressantlar az və ya tam effektsiz olur. EKT bu hallarda üstün nəticə verir, hansı ki, biz bu nəticəni antidepressantlarla neyroleptiklərin kombinasiyasında ala bilirik. Antidepressantlara qarşı rezistentlik olduqda hətta litium preparatlarından belə istifadə olunur. Buna görə də EKT kurs müalicəsi daha maddi cəhətdən sərfəlidir. Kurs müalicə bitdikdə davamlı nəticə alınır. Adətən bunun üçün 8-12 seans kifayət edir.

Maniya

EKT-nin maniyakal tutmalardaki təsiri litium və neyroleptiklərin təsirinə bərabərdir. Belə hallarda EKT-ni ehtiyat müalicə metodu kimi də saxlamaq olar. Kəskin maniyalakal tutmalarda yüksək dozada litium və neyroleptiklərin istifadəsi və ya xəstənin fiksasiyasına ehtiyac olduğu zaman təcili göstəriş kimi qəbul olunur. Maniyakal tutmalarda göstərişlərdən biri də xəstənin tibb personalına, özünə və ailəsinə qarşı təhlükə yaratdığı hallardır. EKT maniyaların da müalicəsində ən sərfəli ucuz metoddur. Normotimiklərin təyinatına baxmayaraq maniyakal tutmalar residivləşdikdə seansların davam etdirilməsi daha effektli olur.

Katatoniya

Etiologiyasından asılı olmayaraq kəskin katotoniyalar daha rahat EKT-yə tabe olur, nənki neyroleptiklərə. Bu maniyakal oyanıqlıqdan sonra da rast gəlinən katotoniyalara da aiddir. Katotonik stuporda bəzən vena daxili benzodiazipinlər (lorezepam, diazepam) təyin olunur. Yanaşı olaraq əsas xəstəliyə (şizofreniya, bipolyar pozuntu) qarşı tədbir görülmədikdə benzodiazepinlərin təsiri müvəqqəti olur. Bu effektsizlik EKT-yə göstərişdir, xüsusilə də xəstənin vəziyyəti pisləşdikdə və ya həyatı təhlükəsi olduqda.

Atipik psixozlarda

Müxtəlif mənşəli xəstəliklər zamanı residləşmiş və ya epizodik izolə olunmuş sayıqlama və hallüsinozlar yaranır ki, bu xəstəliklərin müalicəsində neyroleptiklər effekt vermədiyi hallarda EKT-dən istifadə oluna bilər.

Şizofreniya

Şizofreniyanın müalicəsində EKT-nin təsiri tam axıra qədər öyrənilməmişdir. Əksər hallarda burada neyroleptiklərdən istifadə olunur. Yuxarıda göstərildiyi kimi EKT-nin katotoniyada göstərdiyi effekt, şizofreniyada özünəqəsd cəhdlərin müalicəsində özünü bir o qədər göstərir.