Reabilitasiya şöbəsi növbəti xeyriyyə aksiyasında
19 noyabr 2014
19 noyabr 2014
23 noyabr 2014-cü il 10:00-dan 17:00-a qədər Hyatt otel "Kishmish Hall"da Milad bazarı keçiriləcək. Tədbir çərçivəsində əl işləri, müxtəlif məmulatlar, şirniyyatlar satılacaq, lotereya və viktorinalar keçiriləcək. Uşaqlar Şaxta Baba ilə şəkil çəkdirə biləcəklər. Gecədən əldə edilən bütün gəlirlər xeyriyyəyə sərf ediləcək.
Bu sərgidə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Reabilitasiya şöbəsinin pasientlərinin də əl işləri şərgilənəcək. Sərgidən əldə olunan gəlirlər həmin pasientlərin reabilitasiya işlərinin genişləndirilməsinə sərf olunacaq.
Giriş şərbəstdir