05 may 2017
Mayın 5-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Suraxanı Rayon İcra Hakimiyyəti, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu və “Atəşgah Art Centre”in birgə təşkilatçılığı ilə “Rənglərin festivalı” adlı tədbir keçirildi. Bu tədbirdə iştirak etmək üçün xəstəxanada fəaliyyət göstərən reabilitasiya şöbəsinin pasiyentləri dəvət almışlar. Tədbirdə Azərbaycan xalq sənəti növlərinin bir çox sahələri nümayiş olunurdu, pasiyentlərində əl işlərinin sənətkarlarla birgə eyni tədbirdə nümayişi onlar üçün böyük nəaliyyət idi. Reabilitasiya şöbəsinin pasiyentlərinin silsilə tədbirlərdə iştirak etməsinin məqsədi xəstələrin cəmiyyətə inteqrasiyasıdır.