01 fevral 2009
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının pasiyentləri Fevralın 1-də İçərişəhərdə yerləşən “Kiçik QalArt” qalereyasında “Milli irsimiz” layihəsinin kuratoru Əsli Səmədovanın təşəbbüsü ilə təşkil edilmiş “Kəlağayı: Dünən, bugun, sabah” adlı sərgidə iştirak etdilər.
Sərginin əsas diqqət mərkəzində kəlağayının yaranma tarixi, hazırlanma qaydası, qəliblər, maarifləndirici roliklər, azərbaycan filmlərində istifadə edilən kəlağayı səhnələri və digər maraqlı komponentlər dayanır.
Bu səpkili sərgilərdə iştirak etmək reabilitasiya şöbəsinin fəaliyyətində əsas məqsədlərdən biridir. Uzun illər xəstəxanada müalicə alan xəstələrin asudə vaxtlarını səmərəli keçirmələri, onlarda olan yaradıcı potensialın, xüsusi bacarıqlarının aşkara çıxarılmasına və inkişaf etdirməsinə yardım edərək həmin şəxsləri cəmiyyətə inteqrasiya etməkdir.
Sərgidə Azərbaycan dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirildiyindən- pasiyentlərində xəstəxanada xalçaçılıq, tikmə, rəssamlıq, dulusçuluqla məşğul olduqlarından bu kimi sərgilərdə iştirak etmələri yeni işlərin hazırlanması imkanı yaradacaqdır. Psixi xəstəlikdən əziyyət çəkən pasiyentlər hər zaman cəmiyyətə öz töhfəsini vermək arzusundadırlar.